“Rəvan”ın heyətində ötən mövsüm sərgilədiyi oyunla seçilən Xuan Manuel Varea cari “futbol ili”ndə bir qədər kölgəyə çəkilmişdi.
Elə buna görə də argentinalı forvard cari çempionatda ilk qolunu vurmaq üçün 583 dəqiqə gözləməli oldu. Nəhayət, “Neftçi” ilə oyunda “qara zolaq”dan çıxmaq mümkün oldu.
168 günlük qol həsrətinə son qoymuş Varea klubun rəsmi saytına danışıb: “Hər bir hücumçuda belə “qara zolaq” yaşana bilər. “Real”da Benzema da eyni problemlə qarşılaşıb. Təbii, qol vurmamağım üzərimdə əlavə təzyiq yaradırdı. Şadam ki, bu yükün altından çıxdım. Amma təəssüf edirəm ki, komandamız uduzdu. Bununla belə, gələcəyə ümidlə baxıram. Əvvəllər də bir yerdə oynadığım Kristian Torreslə daha yaxşı anlaşaraq qollarımı sıralayacağıma ümid bəsləyirəm. Bu baş versə, komandaya daha çox xeyir vermiş olaram. İstənilən halda, əsas məqsəd komandanın uğurudur. Belədə biz futbolçular da fərqlənəcəyik”.