İspaniyanın “Barselona” klubu daha bir futbolçusunu itirib.
Kataloniya klubunun yarımmüdafiəçisi Conatan Dos Santos 6 aya qədər yaşıl meydanlardan uzaq qalacaq.
Kataloniya klubunun rəsmi saytının verdiyi xəbərə görə, belçikalı oyunçu noyabrın 5-i əməliyyat olunacaq. Bu səbəbdən Dos Santosun 6 aya yaxın komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, o, “Barselona”nın heyətində indiyə kimi 28 rəsmi oyunda iştirak edib.