Premyer Liqanın XI turu çərçivəsində Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" – "Qarabağ" oyunu öncəsi meydan sahibləri çətinliklə üzləşə bilər.
Bu barədə idmanxeber.com-a açıqılamasında klubun mətbuat xidməti Hüseyn Cəbrsayıloğlu deyib.
Cənub klubunun rəsmisi bildirib ki "bir neçə gün idi ki, Lənkərana yağış yağırdı. 3 gün intensiv yağış yağıb. Bəzi qonşu rayonlarda hətta sel olub. Bu gün isə hava sakitdi. Ot örtüyü normaldı. Əgər oyun günü yağış yağmasa, matçın keçirilməsi üçün heç bir problem ortaya çıxmayacaq".