Komanda yoldaşı Sezer Öztürklə dava etdiyi üçün “Beşiktaş”dan uzaqlaşdırılan İbrahim Toramanın yeni komandası müəyyənləşib.
Türkiyə mətbuatına istinadən verdiyimiz məlumata görə, futbolçu böyük ehtimalla “Antalyaspor”a keçəcək. “Beşiktaş”dan alacağı puldan imtina edən Toraman, bunun əvəzinə klubdan transfer vərəqini istəyir.
Bu transferin qışda rəsmiləşəcəyi gözlənilir.