Dortmund “Borussiya”sı baş məşqçisi Yurgen Kloppun müqaviləsini uzadıb.
Bu gün keçirilən mərasimdə alman çalışdırıcı 2016-cı ildə bitəcək müqaviləsinə daha 2 ilini əlavə edib. Yeni sözləşməyə əsasən, Klopp 2018-ci ilə kimi Dortmund təmsilçisini çalışdıracaq.
Xatırladaq ki, təcrübəli çalışdırıcı “Borussiya”ya 2012-ci ilin əvvəlində “Mainz”dən gəlmişdi.