25 Dekabr 2024
Ölkə futbolu

Güloğlan Cabbarov: “Cavid elə bil balaca uşaqdı”

“Cavidin hərəkətinə haqq qazandırmıram. Ancaq o, yekəxana uşaq deyil. Mən onu tanıyıram. Cavid elə bil balaca uşaqdı. Onun kiminləsə işi olmaz. Yekəxanalığı da yoxdu. Ola bilsin ki, psixoloji təzyiq altında olub və azarkeşə söz qaytarıb”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Neftçi”nin sabiq rəisi Güloğlan Cabbarov deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Əgər mən o klubda olsaydım azarkeşə belə cavab qaytaran futbolçunu cəzalandırardım. Futbolçu gərək azarkeşə cavab qaytarmaya. Ancaq gərək futbolçunun da üstünə çox getməyəsən. Ola bilsin ki, boş qapıya qol vura bilmədi. Ancaq bu o demək deyil ki, onun üzərinə bu qədər gedək. Gənc futbolçudu, ruhdan düşə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43