18 Oktyabr 2024
Dünya futbolu

Premyer Liqanın ən çox qazanan futbolçuları müəyyənləşdi

Rusiya Premyer Liqasında ən çox qazanan futbolçuların siyahısı açıqlanıb

Rusiyanın “Sports.ru” saytının hazırladığı siyahıda 90 oyunçu yer alıb.

Onların arasında “Lokomotiv”də çıxış edən əslən azərbaycanlı hücumçu Aleksandr Səmədov da var. Rusiya millisində oynamağa üstünlük verən A. Səmədovun illik gəliri 2,3 milyon avrodur

İlk “10-luğ”a isə aşağıdakı futbolçular düşüb (milyon avro ilə):

1. Halk (“Zenit”) – 7

2. Kevin Kuranyi (“Dinamo”) – 5,7

3. Aleksandr Kokorin (“Dinamo”) – 5

4 – 7. İqor Denisov (“Dinamo”) – 4

4 – 7. Yuri Jirkov (“Dinamo”) – 4

4 – 7. Lassana Diarra (“Lokomotiv”) – 4

4 – 7. Aksel Vitsel (“Zenit”) – 4

8. Mübarək Bussufa (“Lokomotiv”) – 3,9

9-10. Yann Mvila (“Rubin”) – 3,4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43