27 Dekabr 2024
Kateqoriyasız

Fatih Terimdən ŞOK açıqlama: “Ünal Aysala haqqımı halal etmirəm!”

"Qalatasaray"dan qalmaqallı şəkildə ayrılan baş məşqçi Fatih Terim biraz öncə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə yığmasının baş məşqçisi konfransda "Cim-Bom"un prezidenti Ünal Aysal barədə sərt fikirlər səsləndirib:

"Məni göndərməyə çalışsalar da, dirənəcəyimi demişdim. Hər çətin durumda mənə ehtiyac duyuldu və hər istəklərini "baş üstə" deyib elədim. "Qalatasaray"da mənim başıma gətirilən oyunlara görə, Ünal Aysala haqqımı halal etmirəm! Məni tanıyan və anlayan hər kəsə təşəkkürümü bildirirəm. Bütün suallarınızı cavablandıracağam. Sualları öncədən yazılı şəkildə aldım ki, vaxtımıza qənayət edək".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43