“Neftçi” ilə oyundan sonra iclas keçirildi. Futbolçulara xəbərdarlıq edildi və pul cəzası kəsilməsi gözlənilir. Bunun miqdarı isə məlum deyil”.
Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi dünən saytımızda gedən xəbəri (oxu: http://idmanxeber.com/xeber/3700/) təkzib etməyib:
“İkinci dövrənin bitməsinə kimi komanda keçirməli olan bütün oyunlarda qələbə qazanmalıdı. Qarşılarına bu şərt olaraq qoyulub. Komandanın əsas hədəfi liderlər qrupunda qərarlaşmaqdı. Buna görə də qarşıdakı turlarda yalnız qələbə üçün komanda meydana çıxacaq”.