Bu axşam Çempionlar Liqasında səfərdə “Kopenhagen”lə qarşılaşacaq olan “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini oyunöncəsi mətbuat konfransı keçirib və matç haqda fikirlərini bildirib:
Təcrübəli çalışdırıcı zədəli olan Muslera yerinə kimin oynayacağını da açıqlayıb:
“Qapıda Eray qalacaq. Çempionlar Liqasında təcrübəsi yoxdu, amma biz ona güvənirik. Sneyderin yerinə kimin oynayacağına oyun saatında qərar verəcəyəm. Heyətdə sürpriz edəcəyimi zənn etmirəm. 3 xal üçün burdayıq. İstanbuldakı matçdan daha çətin bir qarşılaşma bizi gözləyir”.