“Atletiko”nun (Madrid) futbolçusu Arda Turanın zədəsi tam sağalıb.
Klubun rəsmi saytının yaydığı xəbərə görə, türk futbolçu iki həftə sonra komanda ilə birlikdə məşqlərə başlayacaq.
Qeyd edək ki, Arda son vaxtlar ağır yüklənməyə məruz qaldığı üçün sağ ayaq əzələsindən zədə almışdı.