21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda noyabrın 14-də keçiriləcək Macarıstan – Albaniya oyununu ölkəmizi təmsil edən hakimlər idarə edəcək.
AFFA-nın rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Budapeştdə keçiriləcək oyun Rəhim Həsənova həvalə edilib.