Savaddı müsahibə
– Bəysəlim müəllim, salam!
– Salaam, salaam.
– Bəysəlim müəllim, bizim qəzetdə yeni rubrika açılıb.“Qarışıq suallar” rubrikası. Redaksiyada məsləhət olundu ki, ilk müsahibimiz siz olasınız. Vaxtınız varsa, görüşmüşkən, bir neçə sual verim, cavablayın.
– Mən sənə “intervyü” vermirəm, incimə.
– Niyə, nə olub ki?
– O gün “kalonkavı” oxudum. Yazmısan ki, Bəysəlim müəllim yaşlıdı, cavannar işləməlidi, onun vaxtı keçib. Ayıb olun sənə. Yo, incimə, tələsirəm.
– Bəysəlim müəllim, onu mən yazmamışam e. Başqa uşaq var bizdə, o yazıb ikinci imzasıyla.
– Nə bilim alə, çılpağ oğlan şəkli qoyublar, səə oxşuyur bir suyu.
– Yox, o, mən deyiləm.
– Nə bilim alə, səni çılpağ görmüşəm bəyəm?!
– Hə, necə edək? Danışa bilərik?
– Yaxçı, yaxçı… Sora gedib “statyəndə” yazassan ki, Bəysəlim müəllim özünü dartdi, suallarımızı cavabsız qoydi. Hihi… Amma vaxtım azduyaa, qısa ələginən.
***
– Futboldan başqa hansı sahələrlə maraqlanırsız?
– Xəbərlərə baxıram, 1-ci kanaldan.
– Prezident seçkilərdində səs verdiz?
– (Alə söndür oni. Belə çox prafakasiyonnı suallar verməginən. Bu sualı yazma.)
– Yaxşı. Kitab oxuyursunuz?
– Boş vaxtlarımda oxuyuram.
– Əsasən hansı mövzuda kitablarla maraqlanırsınız?
– Dini kitablarla.
– Ən son hansı kitabı oxumusunuz?
– Labanovskinin kitabını.
– Adını xatırlamırsınız?
– Açığı nəvəm kitablarımın üzünü cırıb. Ona görə oxuduğum kitabların adını görmürəm.
– Bədii ədəbiyatla aranız necədi?
– Dedektiv oxuyurdum, cavanlıqda.
– Sizə ən təsir edəni hansı olub?
– Dostoyevskinin “Cəza və cinayətkar” kitabı, məsələn…
– Keçmişə zəng eləmək imkanınız olsa, kimə zəng edərdiniz?
– İo Kio babaya. (yarım saat gülür)
– Futbolda elə bir termin varmı ki, indiyə qədər onun fəlsəfəsini öyrənə bilməmisiniz.
– Bunu birinci dəfə sizə deyirəm. Var, əslində. Bu çempion olan komandamızın bir rəhbər şəxsi klubun seleksiya məşqçisi ilə Braziliyaya oyunçu seçməyə yollanmışdılar. Aldıqları yarımmüdafiçəi yaxşı çıxdı. Seleksiyaçı məşqçi əvvəl mənim oyunçum olub. Zəng elədim, maraqlandım ki, o oyunçunu necə seçdiz. Deyir, bizim idarəçi seçdi. “Kuninq” üsuluyla. Braziliyadakı bütün vaxtını “kuninq”ə sərf elədi. Dedim, alə, azərbaycanca danış, o nə mənə şeydi?! Güldü, dedi ki, Bəysəlim müəllim, sən yaşlı adamsan, bu üsul daha sənə lazım olmaz. Acılamadım onu. Amma çox könlümə dəydi, açığı. Yaşlı olanda nolar? Enerjim var. Mən işləyəcəm. Nə isə… İndiyə qədər araşdırıram, hələ öyrənə bilməmişəm bu “kuninq” nə məsələdi. Yaaqın müasir sistemlərdəndi də.
– Qadında ən bəyəndiyiniz komponent nədi?
– Göz! Gözü gözəl qadınlardan ötəri ürəyim gedir. Mən qadın göstər, gözünə baxım, deyim necə qadındı. (gülür) Gözü gözəl qadın görüm, nə qədər desən seyr eləyərəm.
– Azərbaycanda ən uğurlu futbol idarəçisi sizcə kimdi?
– Zahir Süleymanov…