Premyer Liqanın XIII turunda “Qəbələ”ylə bərabərə qalan (0:0) “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Komandanın zədəli futbolçuları demək olar ki, sağalmaq üzrədir.
Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, növbəti turda “Bakı” ilə qarşılaşacaq olan Lənkəran təmsilçisində bir problem çıxmazsa, Con Toşak oyun günü istədiyi futbolçudan yararlana biləcək.
Cənublular 2 gündən sonra Bakıya yola düşəcək.
Xatırladaq ki, “Bakı” – “Xəzər Lənkəran matçı noyabrın 22-də baş tutacaq.