Premyer Liqada stabil çıxış etməyən və bunun məntiqi nəticəsi kimi qazandığı bərbad nəticələrlə azarkeşlərini üzən "Xəzər Lənkəran" baş məşqçisi Con Toşakı heç bir yerə göndərmək qfikrində deyil.
Məsələ burasındadır ki, bir neçə gündü uelsli mütəxəssisin Cənub klubundakı postundan istefa verəcəyi deyilir. Klubun mətbuat xidmətindən idmanxeber.com-a bildiriblər ki, Toşakın istefası nə ki indiki vəziyyətdə, heç qışda da gündəmdə deyil.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada Toşakın artıq qış təlim-məşq toplanışı ilə bağlı planının hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, Toşak ən azı yaya kimi "Xəzər Lənkəran"ın başında olacaq.