Hücum xəttində ciddi problemlər yaşayan Türkiyənin "Trabzonspor" klubuna bir futbolçu təklif olunub.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Trabzon təmsilçisinə Rusiyanın "Kuban" (Krasnodar) klubunda çıxış edən İbrahima Balde təklif olunub.
Transfer qiyməti o qədər də yüksək olmayan hücumçu ilə klub rəsmiləri artıq təmasa keçib. O, bu mövqeyə ən iddialı namizəd sayılır.
Bu xəbəri yeri mətbuata açıqlamasında klub rəsmisi Ahmet Düdük də təsdiqləyib.