“Neftçi”nin müdafiəçisi Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib. Braziliyalı futbolçu bunları bildirib:
“Çox təəssüf ki, bir müddət yaşıl meydanlardan kənarda qaldım. Buna görə də son görüşlərdə komandama kömək edə bilmədim. “Neftçi”də yetəri qədər səviyyəli futbolçular və eyni zamanda güclü rəqabət var. Sevinirəm ki, mən olmadığım dövrdə komandamız uğurla çıxış etdi və liderlər qrupundakı mövqeyimizi qoruduq. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Artıq özümü yaxşı hiss edirəm və komanda ilə birgə məşqlər keçirəm. Ümid edirəm ki, “İnter”lə oyunadək tam hazır olacağam. Əgər baş məşqçi mənə etimad göstərsə, çıxıb oynamağa hazıram”.