27 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın “zay məhsul”u Foqtsa ümid edir

“Xəzər Lənkəran”ın AZAL-dan olan transferi Zohair Benuahi bildirib ki, Azərbaycan vətəndaşlığı almaq niyyətindədir.

Mərakeş millisindən dəvət gözləyən yarımmüdafiəçi bu gedişlə heç vaxt öz ölkəsinin əsas komandasında top qova bilməyəcək 

Belə ki, Mərakeş yığmasının baş məşqçisi Rəşid Taussininlə yola getməyən Benuahi məhz bizim millinin şərəfini qorumaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşır. 

Benuahi əvvəlcə Mərakeş Krallığı futbol federasiyasına müvafiq sənədləri ünvanlayıb. Yığmanın baş məşqçisi oyunçunun səviyyəsindən razılığını bildirib. Ancaq oyunçunu komandaya çağırmaqdan imtina edib. Səbəb, bu il Benuahinin Avropa Liqası çərçivəsində “Makkabi” (Hayfa, İsrail) komandasına qarşı oyun keçirməsi olub.

Benuahi Taussini qeyri=peşəkarlığda ittiham edib. Məşqçinin cavabı isə belə olub: “Hər kim ki, İsraildə oynadı, mənim milli komandaya rəhbərlik etdiyim ərəfədə, burada oynamaq haqda heç arzu da etməsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43