“Mustafa Dənizli ilə görüşüb, danışdıq”. Bu sözləri açıqlamasında Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq üzvü İbrahim Üzülməz deyib.
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Oğuz Çətinlə yanaşı, “Beşiktaş”da rəhbərliyi altında oynamış və “Çaykur Rizəspor”da bərabər çalışdığı Üzülməzi də yanında olmasını istəyir.
“Beşiktaş”ın əfsanəvi kapitanı əməkdaşımızla söhbətində məsələnin müsbət həllində ümid etdiyini söyləyib: “Dənizli ilə danışdıq, anlaşdıq. Heç bir problem yoxdur. Onunla işləməyə hazıram. Ancaq son sözü klubun sahibi deyəcək. Mustafa bəy Mübariz Mənsimovla görüşdükdən sonra hər şey dəqiqləşəcək”.
apasport.az