Xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli köməkçisi kimi ən real namizəd “Beşiktaş”ın sabiq futbolçusu İbrahim Üzülməzi görür.
Bundan əlavə, Türkiyədə baş tutan görüşdə Dənizli ilə Üzülməz arasında razılıq da əldə olunub. Veteran futbolçu özü açıqlama verərək, həmkarı ilə razılaşdığını da bildirib.
Biz də bu xəbərə klubdan rəsmi münasibət öyrəndik. Saytımıza açıqlama verən lənkəranlıların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunları dilə gətirdi:
“Bəli, Dənizlinin Üzülməz ilə razılığa gəldiyi xəbəri doğrudur. Ancaq o, hələki bu barədə klub rəhbərliyi ilə görüşməlidi. Yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək”.