Qarabağ" daha bir futbolçusunu icarəyə verib.
İdmanxeber.com-un məlumatına görə, Murad Səttarlı qış fasiləsindən sonra başqa klubda çıxış edəcək. Belə ki, Səttarlı yenidən "Simurq"a dönəcək. "Qarabağ" onu Zaqatala klubuna 6 aylıq icarəyə verəcək.
Qeyd edək ki, Murad ötən mövsüm "Simurq"da icarə əsasında çıxış edib.