Belçika millisinin sabiq üzvü Faris Haroun karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda İngiltərənin “Midlsbro” klubundan ayrılan futbolçuya ölkəmizdən və Qazaxıstandan təklif var. Onun hansı klubumuzdan təklif aldığı açıqlanmır.