Bir vaxtlar İngiltərənin "Arsenal", İspaniyanın "Barselona" klublarında oynamış Aleksandr Hleb, bundan sonra Türkiyənin "Torku Konyaspor" komandasında çıxış edəcək. Türk təmsilçisinə azad agent kimi gələn belaruslu legioner, Konyaya gəlməkdən xoşbəxt olduğunu və uğurlu olmağa çalışacağını bildirib. 32 yaşlı Hleb "BATE" klubundan gəlib.
Qeyd edək ki, "Konyaspor" Türkiyədəki təlim-məşq toplanışında "Qəbələ" klubu ilə qarşılaşacaq.