Milli komandamızın üzvü Ruslan Abışovun ərəfini qoruduğu Rusiyanın “Rubin” klubunun yeni baş məşqçisi məlum olub.
Rusiya mətbuatının yaydığı xəbərə görə, Kazan təmsilçisinin boş qalan postu “Amkar”dakı maliyyə çətinliyi səbəbindən ayrılan Stanislav Çerçesova tapşırılıb.
Xatırladaq ki, Çerçesov bir müddət öncə Bakıya səfər etmişdi və onun hətta “Xəzər Lənkəran”a gələcəyi deyilirdi.