“Qəbələ”yə qoşulduğum gündən komandanın düşərgəsində xoş münasibətlə qarşılaşmışam. Gülərüz, mehriban kollektivimiz var. Komandamızda braziliyalı futbolçuların olması uyğunlaşmamı daha da asanlaşdırdı. Özümü rahat hiss edirəm”.
Bu sözləri “qırmızı-qaralar”ın sıralarına qış fasiləsində qoşulmuş Rafael Santos klubun rəsmi saytına açıqlamasında söyləyib.
Yeni komandası haqda daha öncə duyduqlarından danışan braziliyalı müdafiəçi “Qəbələ”nin hədəflərindən xəbərdar olduğunu deyib. O, komandasına məqsədlərinə çatmaqda yardım edəcəyinə inandığını vurğulayıb:
“Qəbələ”dən təklif aldıqdan sonra komanda haqda məlumat topladım. Qapıçı Dieqo Koşta Silva ilə əlaqə saxladım. O, Azərbaycan və Qəbələ haqda məni məlumatlandırdı. Dieqo mənə komandanın bazasından, futbol üçün yaradılan şəraitdən danışdı. “Qəbələ”nin mükəmməl meydançaları var. Bu çox diqqətimi çəkdi.
Daha sonra klub rəsmiləri ilə görüşdüm. “Qəbələ”nin hədəfləri barədə məlumat aldım. Baş məşqçinin bir çox uğurlar qazanmış Yuri Syomin olması qərarımda rol oynadı. Hazırda səylə və əzmlə çalışırıq. Antalya toplanışının sonunadək ideal formada olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. İnanıram ki, komandamın hədəflərinə çatmasında yardımçı ola biləcəyəm”.