27 Dekabr 2024
Ölkə futbolu

Syomin yeniləri bəyəndi

Antalya toplanışı çərçivəsində keçirilən “Qəbələ” – “Maltepespor” (1:1) matçının ardından “qırmızı-qaralar”ın baş məşqçisi Yuri Syomin oyun və komandasının hazırlıq prosesi barədə açıqlamalar verib.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, rusiyalı mütəxəssis təlim-məşqlərin gedişindən razı olduğunu söyləyib:

“Maltepespor”la oyunda iki fərqli hissə izlədik. İlk yarıda tam üstünlük bizdə idi. İkinci hissədə əsasən gənclərdən ibarət heyətə üstünlük verdik. Təbii ki, belə oyunlarda hesab önəmli deyil. Önəmli olsaydı, heyəti dəyişməzdik. Heyətimizə yeni qatdığımız Rafael Santos və düşərgəmizdə baxışda olan tacikistanlı Erqaş Davron qarşılaşmada müsbət təsir bağışladılar. Hazırlığımız istədiyimiz kimi, plana uyğun olaraq davam edir. Yaxşı şəraitimiz, meydançalarımız var. Futbolçuların çalışqanlığından razıyam. Hələ qarşıda daha 6 sınaq oyunumuz var. Çox oyun keçirməkdə məqsədimiz bütün oyunçulara yetərincə oynamaq şansı verməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43