27 Dekabr 2024
Dünya futbolu

“Arsenal”ın futbolçusu “Qalatasaray”da

Türkiyənin "Qalatasaray" klubu transfer çalışmalarını davam etdirir.

"Qrashopper"dən İzzət Hayroviçi heyətinə qatan "Cim-Bom" bu dəfə İngiltərəyə üz tutub. "Sarı-qırmızılılar" "Arsenal"ın futbolçusu Bakari Sanyaya göz dikib. Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, türk klubu Sanya üçün qarşı tərəfə 4 illiyinə 16.4 milyon avro təklif edib. Futbolçunun artıq "Qalatasaray"la anlaşdığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43