Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Mateus Lopesi baxışdan keçirir.
İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı mərkəz müdafiəçisi dünən keçirilən ilk yoxlama matçında nəyə qadir olduğunu gürcü çalışdırıcıya isbatlamağa çalışıb.
Hollandiyanın “NWC Astern” klubu ilə oyunda “bankirlər”in darmadağınında iştirak edən (8:0) Lopeslə bağlı qərar növbəti yoxlama matçından sonra verilə bilər.
Qeyd edək ki, tam adı Mateus Henrike de Karmo Lopes olan futbolçu karyerasına ölkəsinin “İpatinqa” klubunda başlayıb. Müxtəlif vaxtlarda Braziliyanın “Qremio”, “Atletiko PR”, Portuqaliyanın “Belenenseş” klublarında top qovan Lopesin son iş yeri Ukrayna “Metallurq”u (Zaparoje) olub. Braziliyalı müdafiəçi son klubunda 68 oyuna çıxıb, 5 qola imza atıb.