27 Dekabr 2024
Müsahibə

“Neftçi”nin “32” nömrəsi: “Xəzər Lənkəran”ın “Fənərbağça”ya 0:4 hesabla məğlub olması…” – MÜSAHİBƏ

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin idmanxeber.com-a müsahibəsi.
 

– "Fənərbağça" ilə qolsuz heç-heçə etdiniz. Oyunla bağlı fikirlərini bilmək istəyərdim.

"Fənərbağça" tanınmış komandadır. Onların gücü hamıya məlumdur. Ancaq biz özümüzə inanırdıq ki, onlarla mübarizə apara bilərik. Düşünürəm ki, başabaş oyun getdi.
 

– Heç-heçə gözləyirdinmi?

Onlar da qalib gələ bilərdi, biz də. Hər iki komanda açıq futbol oynadı. Bu oyunda hər bir nəticə gözləyirdim: həm qələbə qazanmağı, həm heç-heçə, həm də məğlub olmağı. 
 

– "Xəzər Lənkəran"ın "Fənər"ə 0:4 hesablı yenilgisi sizi qorxudurdumu?

Əlbəttə ki, yox. "Xəzər Lənkəran"ın "Fənər"ə 0:4 hesabla məğlub olması bizi qorxutmurdu. Qorxmadığımızı oyunumuzla sübut etdiyimizi düşünürəm. 
 

– İlk dəqiqələrdən fərqli olaraq sonradan daha çox müdafiəyə fikir verdiniz. Bu baş məşqçinin qərarı idi, yoxsa…?

Yox, Böyükağa müəllim bizə müdafiəyə oturun deməmişdi. Bizim ikinci hissədə də qol imkanlarımız oldu. 
 

– "Fənər"in heyətində kifayət qədər tanınmış hücumçular çıxış edirdi. Onlara qarşı oynamaq çətin deyildi?

Düzü düşünürdüm ki, çətin olar. Amma fikirləşdiyim qədər çətin olmadı. Təbii ki, asan da deyildi. 
 

– Hansı hücumçuları səni daha çox narahat edirdi?

Belə konkret ad çəkə bilmərəm. Onlar komanda şəklində daha yaxşı oynayırdılar. 
 

– Böyükağa Hacıyev rəhbərliyi altında ilə bərabərliklə başladız. Nazim Süleymanov və Böyükağa Hacıyev: müqayisə edə bilərsənmi?

 Onları müqayisə etmək düzgün olmaz. Hərəsinin ayrı futbol anlayışı, futbol fəlsəfəsi var. Hərəsi ayrı ayrılıqda böyük məşqçidilər. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43