Türkiyədə təlim-məşq toplanışı keçirən "İnter" klubu bu gün altıncı və sonuncu yoxlama oyununu keçirəcək.
Təmsilçimizin rəqibi Almaniyanın ikinci liqa təmsilçisi "Arminiya" olacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, “İnter” bundan öncə Hollandiyanın “Asten” (8:0), Qazaxıstanın “Aktobe” (1:1), Braziliyanın “Unian” (3:1), Almaniyanın “Holştayn” (0:3) və “Tsayts” (2:0) klubları ilə gücünü sınayıb.
25 yanvar
16:30. "İnter" – "Arminiya" 2:2
Qollar: Vaqif Cavadov, 21; Baçana Sxadadze, 85 (pen.) – Filipp Rize, 27 (pen.); Katsper Pjıbılko, 76