AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib. Martın 7-də keçiriləcək yığıncaq AFFA-nın inzibati binasında saat 11:00-da başlayacaq.
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyi müəyyənləşib.
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması