“Neftçi” Premyer Liqanın 19-cu turu çərçivəsində həftə sonu qarşılaşacağı “Simurq”la oyuna ciddi tikilərlər çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu fevralın 2-də “Simurq”la oyunda Mahir Şükürov və Elvin Yunuszadənin xidmətindən məhrum olacaq. Hər iki oyunçu 18-ci turun AZAL-la qarşılaşmasında qırmızı vərəqə aldığından meydana çıxmayacaq.
Klubdan bizə verilən məlumata görə, Zaqatala klubu ilə oyun öncəsi başqa bir itki yoxdur.