“Barselona”nın sabiq futbolçusu Seydu Keyta “Valensiya”ya keçib.
Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, qaradərili futbolçu bundan sonra “yarasalar” üçün çalışacaq. Müqavilənin müddəti barədə isə heç bir məlumat verilmir.
Qeyd edək ki, Keytanın sonuncu iş yeri Çinin “Dalyan Aerbin” klubu olub.