İspaniya kubokunda keçirilən “Rasinq Santander” – “Real Sosyedad” oyununda maraqlı anlar yaşanıb.
Belə ki, “Rasinq”li futbolçular və məşqçi heyəti uzun müddətdir maaşlarını ala bilmədikləri üçün bu matçı oynamaqdan imtina edib. Beləliklə, qarşılaşma başladıqdan 3 dəqiqə sonra yekunlaşıb.
“Rasinq Santander” klubuna texniki məğlubiyyət verilməsi gözlənilir.