“Bakı”nın baş məşqçisi Milinko Pantiç Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilmiş “Bakı” – “Rəvan” oyunu (5:1) haqda fikirlərini bildirib.
O,bunları söyləyib:
“Bugünkü oyunda komandamın fəaliyyətindən çox razıyam. Futbolçularım yaxşı oynadı və öz vəziyyətlərini qiymətləndirdilər. İspaniya toplanışına gəlincə, mən bundan da razı qaldım”.