“Oyuna pis başladıq. 10 gün ərzində az çalışdıq”
Bu sözləri “Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar deyib.
Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının XIX turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayıb. Kurtar debüt matçında üzləşdiyi 1:5 hesablı darmadağına şərh verib: “Bunu bəhanə kimi gətirmirəm. Belə qollar buraxmamalıyıq. Transferlərimiz çox gec gəldi. Bu cür ilk və son oyunumuzdur. Bir də belə “Rəvan” görməyəcəksiz”.