Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın iki futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vurmuş Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 – 1 qol, 2012/13 – 5 qol, 2013/14 – 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.
Qəbələdəki matçda komandamızın ikinci qolunu vurmuş Etame Mbilla da 10-a çatıb. Lakin legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb.
Mbilla bütün qollarını cari mövsümdə vurub. Legionerimiz 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.
“Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar
1
|
Zaur Ramazanov
|
44
|
2
|
Samir Əliyev
|
34
|
3
|
Rahid Əmirquliyev
|
27
|
4
|
Mario Souza
|
26
|
5
|
İvan Tsvetkov
|
24
|
6-8
|
Vüqar Nadirov
|
18
|
|
Rəşad Abdullayev
|
18
|
|
Oqtay Dərəlioğlu
|
18
|
9-10
|
Allan Lalin
|
14
|
|
Branimir Subaşiç
|
14
|
11
|
Edmond N’Tiamoa
|
13
|
12-14
|
Emin Quliyev
|
12
|
|
Alim Qurbanov
|
12
|
|
Uinston Parks
|
12
|
15-18
|
Etame Mbilla
|
11
|
|
Adrian Manuel Skarlatake
|
11
|
|
Junior Osvaldo
|
11
|
|
Emeka Opara
|
11
|
19
|
Sadio Tounkara
|
10
|