27 Dekabr 2024
Ölkə futbolu

Abdolbari Goozal “Qarabağ”dan imtina etməyib – RƏSMİ

“Azersun Holding” şirkətlər qrupunun rəhbəri və “Qarabağ”ın prezidenti Abdolbari Goozalin Ağdam komandasının təsisçiliyindən çıxmaq qərarına gəldiyi ilə bağlı iddialar ortaya atılıb. İddiaya görə, hətta “Qarabağ”ın prezidenti vəzifəsində isə fəaliyyətini davam etdirən Abdolbari Goozal, Tahir Goozalı vitse-prezidentlikdən kənarlaşdırıb. Ancaq onu bu şirkətdə başqa bir vəzifə verib. 

Məsələni dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Ağdam klubunun rəsmisi idmanxeber.com saytına açıqlamasında bunun yanlış informasiya olduğunu bildirib:

“Belə bir şey yoxdu. Bu yalnış informasiyadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43