Bu gün AFFA-nın inzibati binasında qapıçı məşqçiləri üçün seminar başlayıb. Müxtəlif yaş qruplarından ibarət yığma komandaların, Topaz Premyer Liqası və Birinci divizion klublarının qapıçılar üzrə məşqçilərinin iştirak etdiyi seminar mərhələli qaydada davam edəcək və aprelin 14-də yekunlaşacaq. Məşğələlərə yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes rəhbərlik edir.