Azərbaycan Premyer Liqasında top qovan ən bahalı futbolçuların adı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, siyahıya "Qəbələ"nin "Porto"dan icarəyə götürdüyü Marat İzmaylov başçılıq edir.
İkinci yerdə "Xəzər Lənkəran"ın qol silahı Etame Mbilla, üçüncü yerdə isə "Qarabağ"ın aparıcı üzvü Riçard Almeyda qərarlaşıb.
Sizə təqdim edəcəyimiz çempionatımızda çıxış edən 20 ən dəyərli oyunçu arasında cəmi bir yerli futbolçu var. Bu da Rəşad Sadıqovdu.
Ən bahalı 27 futbolçu arasında yalnız bir azərbaycanlı var. Belə ki, "transfermarkt" Rəşad Sadıqova 650 min avro qiymət qoyub.
1. Marat İzmayılov (Qəbələ) – 3.500.000
2. Mbilla Etame (Xəzər Lənkəran) – 1.500.000
3. Riçard Almeyda (Qarabağ) – 1.300.000
4. Çumbinyo (Qarabağ) – 1.250.000
5. Ernest Nfor (Neftçi) – 1.200.000
6. Daniel Subotiç (Qəbələ) – 900.000
7. Melvin Platye (Neftçi) – 800.000
8. Lorenzo Ebesilio (Qəbələ) – 800.000
9. Anderson Oliveyra (Simurq) – 700.000
10. Saşa Stamenkoviç (Neftçi) – 700.000
11. Ruben Qonzales (Bakı) – 700.000
12. Vanderson Skarduelli (Xəzər Lənkəran) – 700.000
13. Leroy Corc (Qarabağ) – 700.000
14. Reynaldo Silva (Qarabağ) – 700.000
15. Mikel Alvaro (İnter) – 700.000
16. Vyekoslav Tomiç (Xəzər Lənkəran)- 700.000
17. Dejan Blajevski (Xəzər Lənkəran)- 700.000
18. Rəşad Sadıqov (Qarabağ) – 650.000
19. Benjamin Lambot (Simurq) – 650.000
20. İbrahim Şehiç (Qarabağ) – 600.000
21. Patrik Osiako (Simurq) – 600.000
22. Lukaş Sapela (Rəvan) – 600.000
23. Viktor Mendi (Qəbələ) – 600.000
24. Raul Kostin (Simurq) – 600.000
25. Rafael Santos (Qəbələ) – 600.000
26. Manuel Skarlatake (Xəzər Lənkəran)- 600.000
27. Etto (Bakı) – 600.000