I divizionda “Araz Naxçıvan” səfərdə “Ağsu”ya 0:1 hesabı ilə qalib gəlib.
İdmanxeber.com-un məlumatına görə, oyuna damğa vuranlar Naxçıvan klubun azarkeşləri olub. Onlar “Xəzər Lənkəran” fanatlarına qarşı böyük jest edərək “Araz Naxçıvan” “Xəzər Lənkəran” dostluğu əbədidir!” pankartı açıblar. Bu pankartla naxçıvanlılar “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə işarə vurublar.
Məlumat üçün deyək ki, Hacıyev tez-tez “Böyük oyun”larda naxçıvanlı azarkeşlərlə cənublu fanatlar arasında müqayisə aparırdı.