"Beşiktaş"ın futbolçusu Hüqo Almeydanın son durumuna aydınlıq gəlib.
Türkiyə mətbuatına istinadən yaydığımız xəbərə görə, "Antalyaspor"la matçda zədələnən və oyunu tərk etmək məcburiyyətində qalan portuqaliyalı hücumçu bu gün tibbi müayinədən keçib. Onun iki həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.