TPL-in 24-cü turu çərçivəsində səfərdə “Bakı” ilə qolsuz bərabərliyə imza atmış “Sumqayıt” 2013-cü ilin mart ayından bəri ilk dəfə olaraq, ölkə çempionatında ardıcıl ikinci oyunda qapısının toxunulmazlığını qoruya bildi. “Kimyaçılar” ötən tur hazırkı ölkə çempionu “Nefçti”ni 2:0 hesabı ilə məğlub etmişdilər.