Yunanıstan Superliqasının son turunda derbi həyəcanı yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, "Olimpiakos" və "Panatinaikos" klubları birincilərin meydanında münasibətlərə aydınlıq gətirməyə çalışıblar. İlk hissədə meydan sahibi komandanın nigeriyalı hücumçusu Olaitan huşunu itirərək yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra forvard xəstəxanaya qaldırılıb və vəziyyətə stabildi.
İkinci yarı da isə "Panatinaikos"un çalışdırıcısı Ciannis Anastasios yerli azarkeşlərin tribunadan atdıqları yad əşyaya tuş gəlincə müvazinətini itirərək yerə yıxılıb.
Qeyd edək ki, matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:3.
Hər iki epizodla bağlı olan kadrları sizə təqdim edirik.