Topaz Premyer Liqasında XXIV turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən turun ən yaxşısı “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo olub.
Turun rəmzi yığmasında “Qarabağ”ın 7 üzvü yer alıb. Yarımmüdafiə xətti yalnız bu klubun oyunçularından ibarətdir.
Qapıçı – Kamal Bayramov (Rəvan)
Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər – Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc ( Qarabağ)
Hücumçular – Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter)