ABŞ milli komandasının baş məşqçisi Yurgen Klinsmann mayda keçiriləcək yoxlama oyunları haqda fikirlərini açıqlayıb. 50 yaşlı mütəxəssis mayın 27-də Azərbaycan, iyunun 1-də Türkiyə, 7-də Nigeriya ilə qarşılaşacaqlarından məmnun qalıb. “Bizim fantastik rəqiblərimiz var. Onlar bizə mundiala yaxşı hazırlaşmağa kömək edəcək. Bu komandalar qrup mərhələsindəki rəqiblərimizlə görüşlərə hazırlıq üçün faydalıdır. Müxtəlif şəhərlərdə oynayacağımızdan fərqli iqlim qurşaqlarında çıxış etmək təcrübəsi də qazanacağıq”.
Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu San-Fransiskoda keçiriləcək.