“İnter”in futbolçusu Vaqif Cavadov İnter TV-ya müsahibə verib.
O, müsahibəsində martın 5-i baş tutmuş Azərbaycan-Filippin yoldaşlıq matçı haqqında danışıb, AVRO-2016 turnirinin seçmə mərhələsində komandamızın düşdüyü qrupu dəyərləndirib. V.Cavadov həmçinin Topaz Premyer Liqanın növbəti turunda keçiriləcək “Sumqayıt”-“İnter” qarşılaşması haqqında öz fikirlərini bildirib və digər sualları cavablandırıb.