Hazırda Premyer Liqanın 25-ci turunda keçirilən "Rəvan" – "Xəzər Lənkəran" matçında anormal hadisə yaşanır.
İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ev sahibi komandanın baş məşqçisi Güvənç Kurtar 4 nömrəli futbolçusu Julio Sezarın kart alaraq meydandan çıxmasını tələb edir. Çalışdırıcının nəyə görə belə vasitəyə əl atdığını anlamaq mümkün deyil.