Premyer Liqanın 25-ci turunda keçirilən "Qəbələ" – "Neftçi" (1:2) matçından sonra gərginlik yaşanıb.
İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Qəbələ"nin məşqçilər korpusu hakimlərin üzərinə sığıyıb və onlarla mübahisə ediblər. Daha sonra qəbələli fanatlar referiləri daş-qalaq edərək ədalət təmsilçilərinin soyunub-geyinmə otağına getməyinə mane olublar.
Foto: İdmanxeber.com