“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev yenidən Nazim Süleymanovun bostanına daş atıb.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun çalışdırıcısı “Qəbələ”ylə qalib gəldikləri (2:1) matçdan sonra: “Mən Nazim Süleymanov kimi deyiləm ki, deyəm futbolçu alın. Buyurun, “Neftçi”nin futbolçuya ehtiyacı olmadığını gördünüz. Bizim heyətimiz var, nə futbolçu?” – deyə, gülümsəyərək ətrafa baxıb.